Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti rəsm sərgisi təşkil edilib

25 oktyabr 2024 | 17:59

   Oktyabrın 25-də İmişli Rayon İcra Hakimiyyətinin və Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində məktəblilərin əl işlərindən ibarət rəsm sərgisi keçirilib. Sərgi İmişli şəhərinin Heydər Əliyev adına istirahət parkında açıq havada təşkil olunub. Sərgiyə baxış zamanı çıxış edənlər sərginin əhəmiyyətindən danışaraq bildiriblər ki, hazırda bütün ölkələr üçün ekoloji mühitin yaxşılaşdırılması və bu istiqamətdə adekvat addımların atılması prioritetdir. Bu cür sərgilərin keçirilməsində məqsəd insanları, xüsusilə də gəncləri ekoloji proseslərdə aktiv iştiraka təşviq etmək, bu sahədə maarifləndirmənin yollarını təbliğ etmək və genişləndirməkdir. Həmçinin bildirilib ki, gənclərin asudə vaxtlarının səmərəli təşkilində və yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılmasında bu cür sərgilərin böyük əhəmiyyəti var. Sonra sərgiyə baxış olub. Çəkilmiş rəsm əsərləri və əl işləri iştirakçılar tərəfindən maraqla qarşılanılıb. Sonda məktəblilərlə xatirə şəkilləri çəkdirilib.

Keçidlər