Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli rayonunda Şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib

27 sentyabr 2023 | 18:45
  Sentyabrın 26-da İmişli şəhərinin A.Şadlinski küçəsində yerləşən Şəhidlər Xiyabanında ağacəkmə aksiyası keçirilib. İmişli rayonunda yaşamış və 44 günlük Vətən Müharibəsində canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələrinə həsr olunan aksiyada İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, gənc könüllülər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Həyata keçirilən aksiya zamanı qeyd olunan əraziyə 200-ə yaxın ağac əkilib, yeni əkilən tinglər suvarılıb və ərazidəki digər ağaclara aqrotexniki qaydada qulluq göstərilib.
  Qeyd edək ki, vətənimizin bu mərd, cəsur övladarı ali bir amal - Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşərkən şəhidlik zirvəsinə ucalıblar. Şəhidlərin xatirəsi daim uca tutulur, şəhid ailələri isə dövlətin diqqət və qayğısı ilə əhatə olunublar.
Keçidlər