Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli rayonunda sahibsiz heyvanlarla mübarizəyə dair profilaktik və maarifləndirici tədbir keçirilib

05 aprel 2023 | 12:31
  Bu gün İmişli Rayon İcra Hakimiyyəti və Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin birlikdə təşkilatçılığı ilə sahibsiz heyvanlarla mübarizəyə və görüləcək profilaktik tədbirlərə dair görüş keçirilib. Görüşdə bu sahədə mövcud olan problemin həlli üçün aidiyyəti qurumların iştirakı ilə əhali arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyi bildirilərək bu sahədə müvafiq tapşırıqlar verilib.
  Çıxış edənlər rayon ərazisində olan sahibsiz heyvanların sağlamlığına nəzarət etmək üçün sığınacaqların təşkili, sahibsiz heyvanların orada yerləşdirilməsi, saxlamağa marağı və həvəsi olan insanlara yönəldilməklə sağlamlığına nəzarətin mümkünlüyü haqqında fikirlər səsləndiriblər. Bütün bunlarla bərabər sahibsiz heyvanların kompakt yerdə məskunlaşdığı ərazilər müəyyənləşdirilir. Həmin ərazilərdə xəstəliklərin yayılma riskini nəzərə alaraq idarənin balansında olan qazel nəqliyyat vasitəsinin üzərində quraşdırılmış (DUK-qurğusu) mühərrikli çiləyici aparat vasitəsi ilə vəhşi heyvanların və sahibsiz itlərin quduzluğa yoluxmasının qarşısını almaq məqsədilə mütəmadi dezinfeksiya işləri baytar-sanitariya qaydalarına əməl olunmaqla təlimata uyğun olaraq icra olunur. İnfeksion xəstəliklərin qarşısını almaq üçün quduzluq xəstəliyinə qarşı proflaktiki tədbirlərin görülməsi məqsədilə rayonun sərhəd zonasına yaxın ərazilərinə və yaşayış məntəqələri ətrafında populyasiya edən, toplaşan itlər arasında epizootik tədbirlər planında nəzərdə tutulmuş, həmçinin quduzluq vaksini (pirimanka-briket) idarənin mütəxəsisləri tərəfindən Bəhrəmtəpə qəsəbəsində 200 doza, Xubyarlı kəndində 200 doza, Qaraqaşlı kəndində 300 doza, Rəsullu kəndində 200 doza, Qaragüvəndikli kəndində 300 doza, Məmmədli kəndində 300 doza cəmi rayon üzrə 1500 doza vaksin yaşayış məntəqələri ərazisinə yaxın olan meşə sahələrinə paylanılıb. Keçirilmiş tədbirdən sonrakı dövrdə ilin sonunadək peyvəndlənəcək sahibsiz heyvanların sayı müəyyən edilməsi istiqamətində aidiyyəti qurumlarla birlikdə işlər davam etdirilir həmçinin problemin həlli ilə əlaqədar zəruri tədbirlər görülür.
 
 
 
 
 
 
Keçidlər