Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli rayonunda Qarabağ müharibəsi iştirakçılarına, digər təbəqədən olan əlil və aztəminatlı vətəndaşların yaşayış şəraitlərinin yaxşılaşdırılması istiqamətində işlər aparılır

18 avqust 2022 | 17:49
   Həyata keçirilən tədbirlər çərçivəsində rayonun Qaradonlu kənd sakini, Qarabağ müharibəsi veteranı Mirzəyev Faiq Qurbanqulu oğlu, övladı Vətən Müharibəsinin iştirakçısı olmuş Mirzəyev Şaiq Faiq oğlunun Qaradonlu kəndi ərazisində yaşadıqları fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi ilə əlaqədar mütəxəssislər tərəfindən evin texniki vəziyyətinə baxış keçirilmişdir. Baxış zamanı evin dam örtüyünün yararsız vəziyyətdə olduğu müəyyən edilərək evdə təmir-bərpa işlərinin aparılması üçün İmişli Rayon İcra Hakimiyyəti tərəfindən F.Mirzəyevə lazım olan vəsait ayrılmışdır. Bundan sonra müasir tikinti materiallarından istifadə edilərək F.Mirzəyevin fərdi yaşayış evinin bərpası tam başa çatdırılmışdır.  Həmçinin Vətən Müharibəsi veteranı Alışov Amin Madər oğluna İmişli şəhəri S.Həmzəyev küçəsində yerləşən tikintisi yarımçıq qalmış fərdi yaşayış evinin tamamlanması üçün lazım olan vəsait ayrılaraq evdə son tamamlama işləri aparılmış və yaşayış üçün normal şərait yaradılmışdır. Bundan əlavə rayonun Qaralar kənd sakini, ll qrup əlil Mehdiyev Mehdi Əziz oğlu və Cavadxanlı kənd sakini Səlimov Nəcməddin Əlipənah oğluna fərdi yaşayış evlərində baş vermiş yanğın hadisələri nəticəsində dəymiş ziyanın aradan qaldırılması məqsədilə tikinti materiallarının alınması üçün vətəndaşlara RİH tərəfindən müvafiq olaraq lazım olan vəsaitlər ayrılmışdır.
   Qeyd edək ki, İmişli rayonunda şəhid ailələrinin, müharibə iştirakçılarının yaşayış şəraitlərinin yaxşılaşdırılması ilə bağlı görülən tədbirlər daim diqqət mərkəzindədir və bu istiqamətdə işlər davam etdirilir.
Keçidlər