İmişli rayonunda növbəti qanvermə aksiyası keçirilib
16 iyun 2023 | 11:57
İyunun 16-da İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” PHŞ-nin dəstəyi ilə qanvermə aksiyası keçirilib. İmişli rayonunun Mərkəzi Xəstəxanasının inzibati binasında təşkil edilən aksiyada Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə, təşkilatların kollektivləri və rayon sakinləri iştirak ediblər. Qanvermə aksiyası hemofiliya və talassemiyadan əziyyət çəkən insanların qanla təminatına yardım məqsədi daşıyır. Respublikada artıq ənənə halını alan bu nəcib aksiyaya İmişli rayonundan 150-ə yaxın könüllü qoşulub.