Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli rayonunda keçirilən növbəti iməcilikdə ağaclara aqrotexniki qulluq göstərilib

19 aprel 2025 | 14:48
  Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar aprelin 19-da İmişli Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi “Tədbirlər Planı”na uyğun olaraq Hacıqabul-Bəhrəmtəpə-Mincivan magistral avtomobil yolunun kənarında iməcilik təşkil olunub. İməcilik zamanı avtomobil yolunun kənarındakı ağaclara aqrotexniki qulluq göstərilərək, budanılıb, dibləri bellənib, səliqə-səhman işləri aparılıb. Ərazi alaq otlarından təmizlənib. Keçirilən iməcliyin məqsədi ərazidə ekoloji tarazlığın bərpası, ətraf mühitin təhlükəsizliyinin, rayonun daha da gözəlləşməsi istiqamətində görülən işlərin davamına töhfə verməkdir.
  Qeyd edək ki, “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı hazırlanan tədbirlər planının icrasından irəli gələrək rayonumuzda silsilə tədbirlər davam edəcək.
Keçidlər