Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli rayonunda “İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun təbliğat işinin gücləndirilməsi” mövzusunda görüş keçirilib

20 sentyabr 2022 | 09:42
  Ötən gün İmişli Rayon Heydər Əliyev Mərkəzində İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun olaraq görüş keçirilib. Görüşdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Aparatın məsul əməkdaşları, YAP İmişli Rayon təşkilatının sədri Səfa Ağayev, rayon inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyələr iştirak edib. Görüş başlamamışdan öncə iştirakçılar tərəfindən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Sonra icra başçısı çıxış edərək iştirakçıları salamlamış, Ulu Öndər Heydər Əliyevin irsi, cənab Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyəti, Vətən müharibəsində qazanılmış zəfər, Azərbaycançılıq, vətənpərvərlik, sağlam həyat tərzi, məktəblilərin vətənpərvər ruhda böyüməsi üçün təhsilin əhəmiyyətindən danışaraq mövzular haqqında fikirlərini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan dövlətçiliyinə qarşı mübarizə aparan, xaricdən idarə olunan, düşmən mövqedə dayanan, respublikada mövcud sabitliyi pozmağa çalışan, Prezident cənab İlham Əliyevin nailiyyətlərinə kölgə salmağa çalışan, millətimizin birliyinə əngəl törədən, antimilli qüvvələrin çirkin əməllərini həmişə olduğu kimi, bu gün də pisləyirik. RİH başçısı həmçinin ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunun genişləndiyi və demokratiyanın bərqərar olduğu dövrdə cəmiyyətimizdə gedən proseslərin düzgün qiymətləndirilməsinin, gənclərlə görüşlər zamanı Ulu Öndərin irsinin öyrənilməsi, möhtərəm Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin hər bir Azərbaycan vətəndaşı tərəfindən düzgün və dərindən dərk edilməsinin zəruri olduğunu vurğulayıb.
  Çıxış edən YAP İmişli Rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, Azərbaycan bu gün öz gerçək müstəqilliyini təmin edib. Heç bir təzyiqə, təhdidə baxmayaraq, müstəqil inkişaf yolu ilə gələcəyinə doğru irəliləyir. Bu gün respublikamızda sosial-iqtisadi yüksəlişdən irəli gələrək bütün cəmiyyət inkişafdadır. Hər sahədə tərəqqi, irəliləyiş müşahidə olunur. Xarici düşmənlərə xidmət edən içimizdəki satqınlar isə yenə öz işlərindədirlər. Ölkənin milli maraqlarını satmaq mərəzi onları yenə tərk etməyib. Amma bir həqiqət də var. Bu həqiqət ondan ibarətdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan hər bir uğur antimilli müstəvidə qurulmuş fəaliyyətləri alt-üst edir, insanlara yalan sırımaq cəhdlərinin və siyasi iflasdan çıxış yollarının qarşısını alır. Bəli, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatında dəfələrlə artım baş verib, maaşlar, pensiyalar, ölkəmizin valyuta ehtiyatları dəfələrlə yüksəlib, işsizlik və yoxsulluq həddi minimal səviyyəyə düşüb. Bu həqiqəti etiraf etməyə isə heç vaxt özlərində cəsarət və güc tapa bilməyəcəklər. Çünki antimilli hiss, təmsil olunduqları xalqa və dövlətə qarşı nifrətin qanlarına hopduğunu görüş iştirakçıları ilə bölüşüb. Digər çıxış edənlər ölkənin rəhbəri kimi fəaliyyətə başladığı ilk gündən cəmiyyətdə saflığın, təmizliyin və şəffaflığın təntənəsinə çalışan Prezident İlham Əliyevin vətəndaşların problemləri ilə əlaqədar onlarla gündəlik ünsiyyətdə olan dövlət məmurlarının qarşısında ciddi vəzifələr qoymasından söhbət açıblar.
Keçidlər