Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli rayonunda “Heydər Əliyev - Qurtuluşdan qələbəyə” adlı tədbir keçirilib

16 iyun 2023 | 10:55
     İyunun 15-də İmişli Rayon İcra Hakimiyyətinin və YAP İmişli rayon təşkilatının birgə təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində “Heydər Əliyev – Qurtuluşdan qələbəyə” mövzusunda tədbir keçirilib. Əvvəlcə YAP İmişli rayon təşkilatının inzibati binasının foyesindəki Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb. İmişli rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə fotosərgiyə baxış keçirilib, Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Siyavuş Novruzov, YAP Təftiş Komissiyasının üzvü Musa Musayev, veteran YAP üzvü Rizvan Vahabov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev və rayon ictimaiyyəti iştirak ediblər.
  Tədbirdə çıxış edənlər Azərbaycan xalqının dövlətçilik ənənələrinin formalaşdırılmasında, Azərbaycançılıq məfkurəsinin mühüm elementlərinin inkişaf etdirilməsində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıblar. Qeyd olunub ki, müasir Azərbaycan tarixinin bir çox parlaq səhifələri, heç şübhəsiz ki, Heydər Əliyevin adı ilə, onun irimiqyaslı və çoxşaxəli dövlətçilik fəaliyyəti ilə bağlıdır. Bu gün Ulu Öndərin yolu onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirilir və ölkəmiz inamla irəli aparılır. Yeni dünya siyasətinin incəliklərinə dərindən bələd olan, milli maraqları qətiyyətlə müdafiə edən Prezident İlham Əliyev öz fəaliyyəti ilə Azərbaycanı qüdrətli ölkəyə, dünyada söz və nüfuz sahibinə çevirir. Tədbirin bədii hissəsinin sonunda partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.
     Tədbir İmişli şəhərinin Ulu Öndərin adını daşıdığı istirahət parkında konsert proqramı ilə davam etdirilib. Təqdim edilən musiqilər tamaşaçılarda xoş əhval-ruhiyyə yaradıb.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər