İmişli rayonunda “Heydər Əliyev İli” çərçivəsində rəsm sərgisi təşkil edilib
29 mart 2023 | 18:16
Martın 29-da İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində rəsm sərgisi keçirilib. Sərgi başlamamışdan öncə iştirakçılar tərəfindən Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib. Çıxış edənlər xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi münasibətilə təşkil olunan sərginin əhəmiyyətini vurğulayıblar. Həmçinin bildirilib ki, gənclərin asudə vaxtlarının səmərəli təşkilində və yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılmasında bu cür sərgilərin böyük əhəmiyyəti var. Sonra sərgiyə baxış olub. Çəkilmiş rəsm əsərləri və əl işləri iştirakçılar tərəfindən maraqla qarşılanılıb.