Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli rayonunda Aqrar İnnovasiya Festivalı keçirilib

14 oktyabr 2022 | 18:59
  Bu gün İmişli rayonunda Aqrar innovasiyaların məhsul istehsalçılarına əlçatanlığının təmin edilməsi, təbliği və təşviqi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi tərəfindən “Aqrar İnnovasiya Festivalı” keçirilib. Festivalda Kənd təsərrüfatı Nazirliyinin elmi-tədqiqat müəssisələri, tabeli qurumları, aqrar sahə üzrə fəaliyyət göstərən bir sıra yerli və xarici şirkətlər öz innovativ məhsul, avadanlıq və texnologiyalarını nümayiş etdiriblər. Aqrar sahədə fəaliyyət göstərən şirkətlərin, həmçinin nazirliyin və digər dövlət qurumlarının mütəxəssisləri tərəfindən festivalda iştirak edən fermerlər üçün aqrar sığorta, bitkiçilik və heyvandarlıq, dəqiq əkinçilik, “ağıllı” kənd təsərrüfatı sistemləri, ən yaxşı qabaqcıl kənd təsərrüfatı təcrübələri barədə təlimlər, tədbirin keçirildiyi bölgədə kənd təsərrüfatının inkişaf etdirilməsinə hədəflənən prioritet istiqamətlər barədə məlumat sessiyaları keçirilib. Eyni zamanda sərgi bölməsində kənd təsərrüfatı texnikaları, müxtəlif təyinatlı pilotsuz uçuş aparatları, pambıq əkinində tətbiq olunan yeni texnologiyalar, zərərvericilərə qarşı yeni mübarizə vasitələri, intensiv bağçılığa yararlı əkin materialları, in-vitro şəraitində yetişdirilən meyvə və tərəvəz nümunələri, üzümün emal məhsulları, innovativ suvarma texnikaları, kənd təsərrüfatı üçün alternativ enerji mənbələri, yeni təşəkkül tapmış yem bitkiləri, kənd təsərrüfatı və qida sənayesi üçün ölçü alətləri və laboratoriya avadanlıqları, heyvandarlıq sahəsi üçün tibbi, sanitar avadanlıq və dərmanlar nümayiş etdirilib.
   Festival iştirakçılar tərəfindən maraqla qarşılanıb.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər