Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli rayonunda “23 İyun – Dövlət qulluqçularının peşə bayramı günü” münasibətilə tədbir keçirilib

23 iyun 2023 | 12:49
    Bu gün İmişli rayonunun Heydər Əliyev Mərkəzində “23 İyun – Dövlət qulluqçularının peşə bayramı günü” münasibətilə tədbir keçirilib. Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsi ziyarət olunub, önünə tər gül-çiçək dəstələri qoyularaq əziz xatirəsi dərin ehtiramla yad edilib.
    Möhtərəm prezidentimiz cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə hər il iyun ayının 23-nün dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd edildiyini bildirən icra başçısı bayram münasibətilə bütün dövlət qulluqçularını, o cümlədən İmişli Rayon İcra Hakimiyyətinin başçısı aparatında və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində çalışan dövlət qulluqçularını təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Digər çıxış edənlər dövlət qulluğu sahəsində islahatların aparılmasının, dövlət qulluqçularının sosial rifahının yaxşılaşdırılmasının prezident cənab İlham Əliyevin daima diqqətində olduğunu vurğulayıblar. Çıxışlardan sonra bir qrup dövlət qulluqçuları icra başçısının “Fəxri Fərman”ı ilə təltif edilib. Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər