İmişli Rayon İcra Hakimiyyətinin başçısı şəhid atasının yas mərasimində iştirak edib
21 fevral 2023 | 18:18
Bu gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev şəhid Ramiq Rzayevin atası Hidayət Rzayevin rayonun Aranlı kəndində keçirilən yas mərasimində iştirak edib. Mərasim zamanı icra başçısı şəhid atasının vəfatından kədərləndiyini bildirərək İmişli Rayon İcra Hakimiyyətinin kollektivi adından dərin hüznlə baş sağlığı verib. Eyni zamanda RİH-nin başçısı şəhid ailəsinin qayğı və ehtiyacları ilə yaxından maraqlanıb. Şəhidimizin ailə üzvləri xüsusi qayğıya görə rayon rəhbərinə və gələn digər qonaqlara minnətdarlığını ifadə edib.
Allah rəhmət eləsin!