Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev növbəti səyyar qəbulunu keçirib

13 iyun 2023 | 17:47

     İyunun 13-də təsdiq olunmuş qrafikə əsasən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev rayonun Qaralar və Cavadxanlı kənd sakinləri ilə səyyar qəbul keçirib. Səyyar qəbulda İmişli Rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər. 

     Səyyar qəbul zamanı Elçin Rzayev ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eyni zamanda rayonumuzda görülən işlər barədə sakinlərə ətraflı məlumat verib. Sonra Rayon İcra Hakimiyyətinin başçısı kənd sakinlərinin təkliflərini, istəklərini dinləyib və onları narahat edən problemləri məsul şəxslərin iştirakı ilə araşdırıb. Səsləndirilən bir çox məsələlər yerində həll edilib, icrası zaman tələb edən müraciətlər isə nəzarətə götürülüb.

Keçidlər