İmişli gecələri – şəhərin inkişafı və ictimai həyatının dinamik mənzərəsi
27 noyabr 2025 | 18:20
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına göstərilən xüsusi diqqət İmişlidə də ardıcıl yeniləmə, abadlaşdırma və müasir şəhərsalma işlərinin davamlı aparılmasına imkan yaradıb. Bu layihələr son illərdə rayonun həm gündüz, həm də gecə görünüşünü xeyli dərəcədə dəyişərək şəhərin sosial-mədəni həyatının cəlbedici elementlərindən birinə çevrilib.
Şəhərin gündüz və gecə simasını daha funksional və vizual baxımdan harmonik şəkildə formalaşdıran layihələr çərçivəsində parkların yenilənməsi, piyada səkilərinin genişləndirilməsi, müasir işıqlandırma sistemlərinin quraşdırılması, yeni asfalt örtüklərinin salınması, eləcə də istirahət və ictimai məkanların mərhələli şəkildə abadlaşdırılması istiqamətində işlər davam etdirilir. Bu tədbirlər ailələr üçün təhlükəsiz və komfortlu şəraitin yaradılmasına, gənclərin asudə vaxtlarının səmərəli təşkilinə və sakinlərin şəhərin sosial həyatında daha aktiv iştirakına mühüm töhfə verir.
Təqdim olunan gecə görüntüləri şəhərdə aparılan abadlıq işlərinin real nəticələrini, inkişaf tempini və formalaşmaqda olan yeni şəhər simasını əyani şəkildə əks etdirir. Qarşıdakı dövrdə ictimai məkanların daha da müasirləşdirilməsi, yeni yaşıllıqların salınması və sakinlərin rahat istirahəti üçün əlavə imkanların yaradılması istiqamətində işlər davam etdiriləcəkdir. Bu tədbirlər İmişlinin inkişaf dinamikasını qorumaqla yanaşı, şəhərin müasir urbanistik simasını daha da gücləndirəcəkdir.







































