İctimai Şura növbəti iclasını keçirib
19 yanvar 2024 | 11:06
19.01.2024-cü il tarixdə İmişli Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın iş planına uyğun olaraq xidmət təşkilatlarının rəhbərləri ilə görüş keçirilib. Görüş zamanı rayon sakinlərini narahat edən məsələlər xidmət təşkilatları rəhbərlərinin diqqətinə çatdırılıb və onların aradan qaldırılmasının həlli yolları müzakirə olunub. Çıxış edən RİH başçısının müavini Ruslan Məmmədov müzakirə edilən məsələlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi və bu sahədə İctimai Şuranın rolunun, həmçinin fəallığının artırılmasının vacibliyini qeyd edib.