Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının növbəti səyyar görüşü Qaraqaşlı kəndində keçirilib

05 aprel 2023 | 10:13

  Aprelin 4-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev təsdiq olunmuş qrafikə əsasən rayonun Qaraqaşlı kəndi ərazisində səyyar qəbul keçirib. Səyyar qəbulda icra başçısı ilə yanaşı, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilatlarının rəhbərləri, həmçinin Qaraqaşlı və Mürsəlli kənd sakinləri iştirak ediblər. Vətəndaşların təklif, müraciət və şikayətləri rayon rəhbəri tərəfindən dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib. İcra başçısı ilə görüşən sakinlər İmişli rayonunda həyata keçirilən abadlıq-quruculuq işlərindən razılıqlarını ifadə ediblər, onların müraciətlərinə xüsusi diqqətlə yanaşıldığına görə rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər