Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının növbəti səyyar görüşü Çaxırlı kəndində keçirilib

02 may 2023 | 19:24

  Bu gün əhalinin problemlərinin yerində həlli məqsədilə İmişli RİH başçısı Elçin Rzayev may ayı ərzində nəzərdə tutulan ilk səyyar görüşünü rayonun Məzrəli kənd inzibati ərazi dairəsinə daxil olan kənd sakinləri ilə keçirib. Səyyar qəbulda icra başçısı ilə yanaşı, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilatlarının rəhbərləri, həmçinin Məzrəli, Çaxırlı və Xubyarlı kənd sakinləri iştirak ediblər. 
 Görüşdə çıxış edən icra başçısı prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı və kompleks tədbirlərdən söhbət açıb. Bildirib ki, ölkəmizin inkişafı, əhalinin sosial problemlərinin həlli, onların həyat səviyyəsinin yüksəldilməsi hər zaman diqqətdə saxlanılan məsələlərdir. İcra başçısı həmçinin qeyd edib ki, yerlərdə keçirilən səyyar qəbullarda əsas məqsəd vətəndaşların qaldırdıqları məsələlərin operativ həllinə nail olmaqdır. Sonra söz qəbul iştirakçılarına verilib. Müraciətləri fərdi qaydada dinləyən rayon rəhbəri qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib, bəzi məsələlər yerindəcə həll edilib.

Keçidlər