İcra başçısının növbəti səyyar görüşü 23.11.2023-cü il tarixdə Qulubəyli kəndində keçirilib
23 noyabr 2023 | 20:03
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev təsdiq olunmuş təqvim planına uyğun olaraq noyabr ayı üzrə nəzərdə tutulan növbəti səyyar qəbul-görüşünü bu gün rayonun Qulubəyli kənd sakinləri ilə keçirib. Səyyar qəbulda icra başçısı ilə yanaşı hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilatlarının rəhbərləri və sakinlər iştirak ediblər.
Giriş nitqi ilə çıxış edən icra başçısı qeyd edib ki, qəsəbə və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq qaldırılan məsələlərin yerində araşdırılması vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Görülən bu məqsədyönlü işlərin bundan sonra da davamlı olacağını vurğulayan icra başçısı çıxışından sonra qəbulda iştirak edən sakinlərin müraciət, təklif və xahişlərini dinləyib. Qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb. Qəbulda iştirak edən sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını, yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.