Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının növbəti səyyar görüşü 23.06.2025-ci il tarixdə Qulubəyli kəndində keçirilib

23 iyun 2025 | 18:25
    İyunun 23-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev növbəti səyyar qəbul-görüşünü Qulubəyli kəndinin sakinləri ilə keçirib. Səyyar qəbulda icra başçısı ilə yanaşı rayonun aidiyyəti idarə, müəssisə, təşkilatlarının rəhbərləri, eyni zamanda sakinlər iştirak ediblər. Giriş nitqi ilə çıxış edən icra başçısı kənd sakinlərini salamlayaraq səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək olduğunu vurğulayıb, eyni zamanda rayon sakinlərinin rahatlığının təmin olunması ilə əlaqədar görülən işlər barədə ətraflı məlumat verib. Sonra sakinlərin müraciətləri dinlənilib və qaldırılan məsələlər nəzarətə götürülərək həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Görüşdə iştirak edən vətəndaşlar müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər