Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının növbəti səyyar görüşü 21.12.2023-cü il tarixində İmişli şəhər sakinləri ilə keçirilib

21 dekabr 2023 | 17:58
  Vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin müntəzəm olaraq şəhər, qəsəbə və kəndlərdə keçirdiyi səyyar qəbullar davam etdirilir. İcra başçısının növbəti səyyar qəbulu dekabrın 21-də İmişli şəhər sakinləri ilə baş tutub. İmişli şəhər 7 saylı tam orta məktəbin akt zalında baş tutan görüşdə icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbərləri və sakinlər iştirak ediblər.
  Giriş nitqi ilə çıxış edən icra başçısı sakinləri salamlayaraq keçirilən səyyar görüşlərin əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb. İcra başçısı həmçinin qəbul zamanı ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb. Sonra qəbula gələn vətəndaşların müraciətləri dinlənilib. Müraciətlərin bir hissəsi yerində həll edilib, araşdırma tələb edən digər müraciətlər qeydiyyata alınaraq həlli üçün isə əlaqədar qurum və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilərək həlli prosesi nəzarətə götürülüb. Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqətlə yanaşılmasından məmnunluqlarını bildiriblər.
Keçidlər