İcra başçısının növbəti səyyar görüşü 21.04.2026-cı il tarixdə Qızılkənd kəndində keçirilib
21 aprel 2026 | 18:53
Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması məqsədilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev tərəfindən rayonun yaşayış məntəqələrində səyyar görüşlərinin keçirilməsi mütəmadi olaraq davam etdirilir. Belə ki, icra başçısı aprelin 21-də növbəti səyyar qəbulunu rayonun Qızılkənd kənd sakinləri ilə keçirib. Qəbulda icra başçısı ilə yanaşı rayonun əlaqədar xidmət təşkilatlarının rəhbərləri də iştirak ediblər.
Görüşdə çıxış edən icra başçısı kənd sakinlərini salamlayaraq ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, İmişli rayonunda aparılan abadlıq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Sonra sakinlərin müraciətləri dinlənilib və onların narahat edən məsələlərin həll olunması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.






