Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının növbəti səyyar görüşü 19.12.2023-cü il tarixində Sarıxanlı kənd sakinləri ilə keçirilib

19 dekabr 2023 | 18:42
  Əhalini narahat edən problemlərin birbaşa həlli məqsədilə İmişli rayonunun qəsəbə və kəndlərində vətəndaşların səyyar qəbulları müntəzəm olaraq davam etdirilir. Dekabrın 19-da İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin təqvim planına uyğun olaraq növbəti səyyar qəbul-görüşü Sarıxanlı kənd sakinləri ilə keçirilib. Səyyar qəbulda icra başçısı ilə yanaşı hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilatlarının rəhbərləri və sakinlər iştirak ediblər.
  Giriş nitqi ilə çıxış edən icra başçısı kənd sakinlərini salamlayaraq yerlərdə səyyar görüşlərin keçirilməsində əsas məqsədin vətəndaşların problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması və qaldırılan məsələlərin həllinə nail olmaq olduğunu diqqətə çatdırıb. Həmçinin regionların inkişafı üzrə dövlət proqramlarından, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində qəbul edilən fərman və sərəncamlardan, eyni zamanda İmişli rayonu ərazisində həyata keçirilən infrastruktur layihələri, abadlıq-quruculuq, əsaslı təmir işləri ilə bağlı ətraflı məlumat verib. Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərinin müraciətləri diqqətlə dinlənilib, məsul şəxslərin iştirakı ilə bir qisminə müvafiq izahatlar verilib, araşdırma tələb edən digər müraciətlər qeydiyyata alınaraq həlli üçün nəzarətə götürülüb.
Keçidlər