İcra başçısının növbəti səyyar görüşü 15.10.2024-cü il tarixdə Qulubəyli kəndində keçirilib
15 oktyabr 2024 | 19:19
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev təsdiq olunmuş təqvim planına uyğun olaraq oktyabr ayı üzrə nəzərdə tutulan növbəti səyyar qəbul-görüşünü bu gün rayonun Qulubəyli kənd sakinləri ilə keçirib. Səyyar qəbulda icra başçısı ilə yanaşı hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilatlarının rəhbərləri və sakinlər iştirak ediblər.
Giriş nitqi ilə çıxış edən icra başçısı kənd sakinlərini salamlayaraq səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək olduğunu vurğulayıb, eyni zamanda rayon sakinlərinin rahatlığının təmin olunması ilə əlaqədar görülən işlər barədə sakinlərə ətraflı məlumat verib. Sonra sakinlərin müraciətləri dinlənilib və qaldırılan məsələlər nəzarətə götürülərək həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.