Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının növbəti səyyar görüşü 14.04.2026-cı il tarixdə Qulubəyli kəndində keçirilib

14 aprel 2026 | 18:30
   Aprelin 14-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev növbəti səyyar qəbul-görüşünü Qulubəyli kəndinin sakinləri ilə keçirib. əyyar qəbulda icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının və əlaqədar xidmət təşkilatlarının rəhbər işçiləri də sakinlər iştirak ediblər.
   Giriş nitqi ilə çıxış edən icra başçısı kənd sakinlərini salamlayaraq səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək olduğunu vurğulayıb, eyni zamanda rayon sakinlərinin rahatlığının təmin olunması ilə əlaqədar görülən işlər barədə ətraflı məlumat verib. Sonra sakinlərin müraciətləri dinlənilib və qaldırılan məsələlər nəzarətə götürülərək həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Görüşdə iştirak edən vətəndaşlar müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər