Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının növbəti səyyar görüşü 13.12.2023-cü il tarixində rayonun Qızılkənd kəndində keçirilib

13 dekabr 2023 | 18:53
   İmişli Rayon İcra Hakimiyyəti başçısı Elçin Rzayevin bu ay üzrə vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü dekabrın 13-də rayonun Qızılkənd kəndində baş tutub. Qızılkənd kənd tam orta məktəbində keçirilən görüşdə icra başçısı ilə yanaşı hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilatlarının rəhbərləri və sakinlər iştirak ediblər. Qəbul başlamamışdan öncə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.   
   Giriş nitqi ilə çıxış edən icra başçısı kənd sakinlərini salamlayıb, hər zaman olduğu kimi, bugünkü səyyar görüşün də əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu vurğulayıb. Daha sonra rayon rəhbəri müraciətlərin dinlənilməsi və qanunlar çərçivəsində sakinlərə dəstəyin göstərilməsi ilə bağlı sözü vətəndaşlara verib. Sakinlərin müraciətləri diqqətlə dinlənilib. Müraciətlərin bir qisminə məsul şəxslərin iştirakı ilə müvafiq izahatlar verilmiş, araşdırma tələb edən digər müraciətlər qeydiyyata alınaraq həlli ilə bağlı nəzarətə götürülmüşdür. Görüşdə iştirak edən sakinlər çıxışlarında səmimi qəbula və maneəsiz istəklərinin çatdırılmasına tam şərait yaradılmasına görə məmnunluqlarını bidirərək minnətdarlıqlarını ifadə ediblər.
 
 
Keçidlər