Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının növbəti səyyar görüşü 10.09.2024-cü il tarixdə Qızılkənd kəndində keçirilib

10 sentyabr 2024 | 20:06
   Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması məqsədilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev tərəfindən rayonun yaşayış məntəqələrində səyyar qəbul-görüşlərinin keçirilməsi mütəmadi olaraq davam etdirilir. Belə ki, icra başçısı sentyabrın 10-da növbəti səyyar qəbulunu rayonun Qızılkənd kənd sakinləri ilə keçirib. Qəbulda icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının və əlaqədar xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
   Görüşdə çıxış edən icra başçısı kənd sakinlərini salamlayaraq ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də İmişli rayonunda aparılan abadlıq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat verib. Sonra sakinlərin müraciətləri dinlənilib və onların narahat edən məsələlərin həll olunması üçün müvafiq tapşırıqlar verilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə əlaqədar aidiyyəti üzrə rəhbər orqanlara müraciət edilməsi üçün müvafiq göstərişlər verilərək nəzarətə götürülüb.
Keçidlər