Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının növbəti səyyar görüşü 07.11.2023-cü il tarixdə rayonun Bəcirəvan kəndində keçirilib

07 noyabr 2023 | 18:10
  Mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev bu gün təqvim planına uyğun olaraq növbəti səyyar qəbul-görüşünü rayonun Bəcirəvan və Ağcüyür kənd sakinləri ilə keçirib. Görüşdə RİH-nin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbərləri və sakinlər iştirak ediblər.
  Giriş nitqi ilə çıxış edən icra başçısı sakinləri qarşıdan gələn şanlı tariximizin ən şərəfli və qürurverici səhifələrinə həkk olunmuş “8 noyabr – Zəfər günü” münasibətilə təbrik edib, Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun düşmən üzərində qazandığı böyük qələbənin xalqımızın əsl qəhrəmanlıq səlnaməsinə çevrildiyini qeyd edib. O, həmçinin ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu vurğulayıb. Daha sonra səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və xahişləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.
Keçidlər