İcra başçısının növbəti səyyar görüşü 03.09.2024-cü il tarixdə Sarıxanlı kəndində keçirilib
03 sentyabr 2024 | 19:14
Mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev sentyabrın 3-də təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbulunu rayonun Sarıxanlı kənd sakinləri ilə keçirib. Qəbulda icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının və əlaqədar xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Görüşdə çıxış edən icra başçısı kənd sakinlərini salamlayaraq ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda, eləcə də İmişli rayonunda aparılan sosial-iqtisadi islahatların əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb. Sonra sakinlərin müraciətləri dinlənilib və onları narahat edən məsələlər səsləndirilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə əlaqədar müvafiq göstərişlər verilərək nəzarətə götürülüb.