Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının növbəti səyyar görüşü 01.07.2024-cü il tarixdə rayonun Bəcirəvan kəndində keçirilib

01 iyul 2024 | 18:15
    Mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev iyulun 1-də təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbulunu rayonun Bəcirəvan və Ağcüyür kənd sakinləri ilə keçirib. Görüşdə icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbərləri və sakinlər iştirak ediblər.
    Giriş nitqi ilə çıxış edən icra başçısı sakinləri salamlayaraq ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu vurğulayıb. Daha sonra qəbulda iştirak edən sakinlərin müraciət, təklif və xahişləri dinlənilib. Qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.
Keçidlər