Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Vətən müharibəsi iştirakçısı Sadiq Qəhrəmanovun yas mərasimində iştirak edib

17 oktyabr 2024 | 16:48
   Oktyabrın 17-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Vətən müharibəsi iştirakçısı, İmişli rayonunun Yalavac kəndindən olan, Qəhrəmanov Sadiq Əlisalam oğlunun yas mərasimində iştirak edib. Mərasimdə icra başçısı ilə yanaşı RİH-nin məsul işçiləri, mərhumun doğmaları və rayonun ictimaiyyət nümayəndələri də iştirak ediblər. Mərasim zamanı icra başçısı yas sahiblərinin qayğıları ilə maraqlanıb, onlara İmişli Rayon İcra Hakimiyyətinin kollektivi və mərasim iştirakçıları adından dərin hüznlə başsağlığı verib, dövlətin hər zaman şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının yanında olduğunu vurğulayıb. Mərhumun ailə üzvləri göstərilən diqqət və qayğıya görə razılıqlarını bildiriblər.
   Xatırladaq ki, S.Qəhrəmanov Vətən müharibəsi dövründə Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. O, vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Vətən müharibəsi iştirakçısı“ medalı ilə təltif edilib.
    Allah rəhmət eləsin!
Keçidlər