Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Vətən müharibəsi iştirakçısı Mustafa Hacalıyevin yas mərasimində iştirak edib

27 iyun 2024 | 16:16
    İyunun 27-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev onkoloji xəstəlikdən vəfat edən Vətən müharibəsi iştirakçısı, İmişli şəhər sakini, Hacalıyev Mustafa Ağaş oğlunun yas mərasimində iştirak edib. Mərasimdə icra başçısı ilə yanaşı YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak ediblər. Mərasim zamanı icra başçısı yas sahiblərinin qayğıları ilə maraqlanıb, onlara İmişli Rayon İcra Hakimiyyətinin kollektivi və mərasim iştirakçıları adından dərin hüznlə başsağlığı verib. Mərhumun ailə üzvləri göstərilən diqqət və qayğıya görə razılıqlarını bildiriblər.
   Xatırladaq ki, M.Hacalıyev Vətən müharibəsi zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib.
Keçidlər