Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı sentyabrın 19-da terror aktı nəticəsində həlak olan polis serjantının yas mərasimində iştirak edib

28 sentyabr 2023 | 18:28
  Bu gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev cari ilin sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində həlak olan polis serjantı Şirinov Ramil Arif oğlunun yas mərasimində iştirak edib. İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində təşkil olunan mərasimdə icra başçısı ilə yanaşı RİH-nin məsul işçiləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Mərasim zamanı terror aktı nəticəsində həlak olan şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, ruhuna dualar oxunub. İcra başçısı şəhid ailəsinin qayğı və ehtiyacları ilə maraqlanıb, yaxınlarına dərin hüznlə başsağlığı verib, Tanrıdan onlara səbir, dözüm diləyib.
   Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Keçidlər