Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı şəhid Yusif Sadatxanovun atasının yas mərasimində iştirak edib

19 dekabr 2025 | 13:07
   Bu gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin rəisi, polkovnik Ruslan İsmayılov, RİH-nin məsul işçiləri və rayonun ictimaiyyət nümayəndələri Aranlı kəndində 1-ci Qarabağ müharibəsi şəhidi Yusif Sadatxanovun atası Rəsul Sadatxanovun yas mərasimində iştirak ediblər. Mərasim zamanı icra başçısı şəhid atasının vəfatından kədərləndiyini bildirərək İmişli Rayon İcra Hakimiyyətinin kollektivi adından dərin hüznlə baş sağlığı verib. Eyni zamanda şəhid ailəsinin qayğı və ehtiyacları ilə yaxından maraqlanıb və bildirib ki, dövlətimiz hər zaman şəhid ailələrinin yanındadır.
  Dövlətin diqqət və qayğısını hər zaman yaxından hiss etdiyini vurğulayan şəhid ailəsi ölkə başçısı cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
   Allah rəhmət eləsin!
Keçidlər