Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı şəhid Vüqar Məmmədovun anasının yas mərasimində iştirak edib

24 iyul 2023 | 14:36

  Ölkə başçısı cənab İlham Əliyevin şəhid ailələrinə hər zaman diqqət və qayğının göstərilməsi ilə bağlı tapşırıq və tövsiyələrini gündəlik fəaliyyət istiqaməti olaraq həyata keçirən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev bu gün rayonun Sarıxanlı kəndindən olan, şəhid Vüqar Məmmədovun anasının yas mərasimində iştirak edib. Mərasim zamanı icra başçısı ilə yanaşı icra aparatının məsul əməkdaşları, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və SHXÇDX-nin İmişli rayon şöbəsinin rəisi Mətləb Murğuzov iştirak ediblər. Mərasim zamanı mərhumun ailəsinə başsağlığı verilib, şəhid ailəsinin qayğı və ehtiyacları ilə yaxından maraqlanılıb. Şəhidimizin ailəsi dövlətimizin qayğı və diqqətini hər zaman yaxından hiss etdiyini vurğulayaraq prezident cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.

Keçidlər