Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı şəhid Nail Salmanovun anasının yas mərasimində iştirak edib

28 avqust 2023 | 13:18
  Prezident cənab İlham Əliyevin şəhid ailələri və müharibə iştirakçılarına diqqət və qayğının göstərilməsi, onların sosial qayğılarının öyrənilməsi və operativ həlli ilə bağlı tapşırıq və tövsiyələrini gündəlik fəaliyyətin əsas istiqaməti kimi həyata keçirən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev icra aparatının məsul əməkdaşları, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və hüquq-mühafizə orqanlarının rəhbər işçiləri ilə birgə rayonun Qaragüvəndikli kəndində 1-ci Qarabağ müharibəsi şəhidi Nail Salmanovun anasının yas mərasimində iştirak edib. İcra başçısı mərasim zamanı mərhumun ailəsinə başsağlığı verilib, şəhid ailəsinin qayğı və ehtiyacları ilə yaxından maraqlanıb və bildirib ki, dövlətimiz hər zaman şəhid ailələrinin yanındadır.
  Dövlətin diqqət və qayğısını hər zaman yaxından hiss etdiyini vurğulayan şəhid ailəsi ölkə başçısı cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Keçidlər