İcra başçısı şəhid Mürşüd Nərimanovun yas mərasimində iştirak edib
27 avqust 2026 | 19:05
Avustun 27-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Nərimanov Mürşüd Nadir oğlunun yas mərasimində iştirak edib.
Mərasimdə icra başçısı ilə yanaşı şəhid ailələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri də iştirak ediblər. Mərasim zamanı rayon rəhbəri yas sahiblərinə İmişli RİH-nin kollektivi və mərasim iştirakçıları adından dərin hüznlə başsağlığı verib, şəhid ailəsinin qayğı və ehtiyacları ilə yaxından maraqlanıb. Şəhidimizin ailə üzvləri hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə ediblər.
Allah rəhmət eləsin!






