Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı şəhid anasını ziyarət edib

21 may 2025 | 17:25
   Mayın 21-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Vətən Müharibəsi şəhidi İsmayılov Elçin Mikayıl oğlunun anası Balaxanım Qulamalıyevanı müqəddəs Həcc ziyarətinə getməsi münasibətilə yaşadığı ünvanda ziyarət edib. İcra başçısı şəhid anasının bu mübarək səfərə yola düşməsini yüksək qiymətləndirərək ona möhkəm can sağlığı, səfərinin qəbul olunması, etdiyi duaların Uca Allah tərəfindən eşidilməsi arzularını bildirib.
   Ziyarət zamanı şəhidlərimizin müqəddəs xatirələrinin daim uca tutulduğu, onların ailə üzvlərinə dövlət səviyyəsində hər zaman xüsusi diqqət və qayğı göstərildiyi qeyd edilib. Şəhidimizin ailə üzvləri səmimi ziyarətə və göstərilən yüksək ehtirama görə razılıqlarını bildirərək minnətdarlıqlarını ifadə ediblər. Ziyarət səmimi söhbət və xoş təəssüratlarla başa çatıb.
Keçidlər