İcra başçısı şəhid ailələrini və müalicədən qayıdan qazimizi evində ziyarət edib
27 sentyabr 2026 | 20:19
Bu gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Vətən müharibəsi şəhidləri Vəliyev Tural İlham oğlunun və Əhmədzadə Elməddin Uğur oğlunun şəhadətə çatmasının 6-cı ildönümü ilə əlaqədar keçirilən mərasimlərdə iştirak edərək şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edib. Həmçinin İcra başçısı Vətən müharibəsi qazisi Ağayev Eltac Mahir oğlunu müalicədən qayıtması ilə əlaqədar evində ziyarət edərək onun səhhəti və qayğıları ilə maraqlanıb.
Görüşlərdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli RİH başçısı aparatının məsul əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İcra başçısı şəhid ailələri ilə görüşlər zamanı onların qayğı və problemləri ilə maraqlanıb, müraciətlərini dinləyib, şəhidlərimizin əziz xatirəsinin daim uca tutulduğunu, şəhid ailələrinə göstərilən dövlət qayğısının bundan sonra da davam etdiriləcəyini bildirib.
Qeyd edib ki, bu gün 27 Sentyabr – Anım Günündə şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilir, onların Vətən qarşısında göstərdikləri misilsiz fədakarlıq bir daha xatırlanır. O bildirib ki, şəhidlərimizin qəhrəmanlığı və Vətən naminə göstərdikləri şücaət xalqımızın yaddaşında əbədi yaşayacaq, onların əziz xatirəsi daim uca tutulacaq.
Daha sonra İcra başçısı Vətən müharibəsi qazisi Ağayev Eltac Mahir oğlunun müalicədən qayıtması münasibətilə onun səhhəti ilə maraqlanıb, döyüşlərdə göstərdiyi şücaətə görə ona minnətdarlığını bildirib. O, qeyd edib ki, şanlı Zəfərimizi bizlərə bəxş edən şəhidlərimizin əziz xatirəsinin daim uca tutulması, şəhid ailələrinə, yaralı döyüşçülərə və müharibə iştirakçılarına diqqət və qayğı göstərilməsi hər birimizin ən ümdə vəzifələrindəndir.
Görüş zamanı qazimiz keçdiyi döyüş yolundan, yaralanmasından və müalicə prosesindən danışıb. İştirakçılar onun valideynlərinə Vətən üçün ləyaqətli və vətənpərvər övlad böyütdüklərinə görə minnətdarlıqlarını bildirərək, Eltac Ağayevə tezliklə tam sağlamlığına qovuşmasını arzulayıblar.
Şəhid ailələri və qazimiz göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.












