İcra başçısı Qızılkənd kəndində şəhid anasının yas mərasimində iştirak edib
16 noyabr 2024 | 16:18
Noyabrın 16-da İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Birinci Qarabağ müharibəsi şəhidi Zakirov Rəşad Əkbər oğlunun anası Səbirə Zakirovanın rayonun Qızılkənd kəndində keçirilən yas mərasimində iştirak edib.
Mərasimdə icra başçısı ilə yanaşı YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak ediblər. Mərasim zamanı icra başçısı yas sahiblərinə şəhid anasının vəfatından kədərləndiyini bildirərək İmişli Rayon İcra Hakimiyyətinin kollektivi və mərasim iştirakçıları adından dərin hüznlə başsağlığı verib. RİH-nin başçısı həmçinin şəhid ailəsinin qayğı və ehtiyacları ilə yaxından maraqlanıb. Şəhidimizin ailə üzvləri xüsusi qayğıya görə rayon rəhbərinə və gələn qonaqlara minnətdarlıqlarını ifadə ediblər.