İcra başçısı Qızılkənd kəndində 05.03.2026-cı il tarixdə şəhid atasının yas mərasimində iştirak edib
05 mart 2026 | 17:00
Martın 5-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Birinci Qarabağ müharibəsi şəhidi Hüseynov Habilin atası Heydər Hüseynovun rayonun Qızılkənd kəndində keçirilən yas mərasimində iştirak edib.
Mərasimdə icra başçısı ilə yanaşı YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasim zamanı icra başçısı yas sahiblərinə şəhid atasının vəfatından kədərləndiyini bildirərək İmişli Rayon İcra Hakimiyyətinin kollektivi və mərasim iştirakçıları adından dərin hüznlə başsağlığı verib. RİH-nin başçısı həmçinin şəhid ailəsinin qayğı və ehtiyacları ilə yaxından maraqlanıb. Şəhidimizin ailə üzvləri xüsusi qayğıya görə rayon rəhbərinə və gələn qonaqlara minnətdarlıqlarını ifadə ediblər.






