Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Qaralar və Cavadxanlı kənd sakinləri ilə növbəti səyyar görüş keçirib

03 oktyabr 2023 | 18:18
  İmişlidə müntəzəm olaraq yerlərdə əhali ilə səyyar qəbul və görüşlər davam etdirilir. Belə ki, bu gün rayonun Qaralar və Cavadxanlı kənd sakinləri ilə növbəti səyyar görüş keçirilib. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin vətəndaşlarla təşkil olunmuş görüşündə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilatlarının rəhbərləri və sakinlər iştirak ediblər.
  Giriş nitqi ilə çıxış edən icra başçısı sakinləri salamlayaraq son illər ölkədə həyata keçirilən genişmiqyaslı islahatlardan danışıb. O, rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə ətraflı məlumat verib. Sonra səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və xahişləri dinlənilib. Qaldırılan məsələlərin həlli ilə bağlı RİH başçısı tərəfindən müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.
Keçidlər