Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Başçısı pambıq sahələrinə baxış keçirib

21 oktyabr 2025 | 19:23
   Bu gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev "Prime-Cotton" MMC-nin İmişli İnnovasiya filialına məxsus pambıq sahələrində yığım prosesinə baxış keçirib. Baxış zamanı İcra başçısı sahələrdə aparılan yığım işlərinin gedişi ilə tanış olub.
   İcra başçısı şirkətin rəhbərliyi və kollektivlə görüşərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkədə pambıqçılığın inkişafı istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini qeyd edib və İmişli rayonunda kənd təsərrüfatı məhsullarının, o cümlədən pambıqçılıq sahəsinin böyük potensiala və uzunmüddətli ənənələrə malik olduğunu vurğulayıb. O, yığım prosesində iştirak edən fermerlərə və əməkçilərə uğurlar arzulayıb, məhsulun keyfiyyətlə və vaxtında yığılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.
   Rayon rəhbərinə bildirilib ki, tarlalarda bu il məhsul boldur. Pambığın itkisiz yığılması, istehsalı və emalı qarşıya qoyulmuş fəaliyyət planı əsasında aparılır. Qarşıdakı illərdə isə müasir texnologiyaların tətbiqi, suvarma sistemlərinin təkmilləşdirilməsi və məhsuldarlığın artırılması istiqamətində tədbirlər davam etdiriləcəyi qeyd edilib.
   Məlumat üçün bildiririk ki, "Prime-Cotton" MMC-nin İmişli İnnovasiya filialı cari ildə ümumilikdə 1410 hektar sahədə pambıq əkini həyata keçirib. Əkin sahələrinin suvarılması “Pivot” suvarma sistemləri vasitəsilə təmin olunub, yığım prosesi isə müasir texnoloji avadanlıqlar – kombaynlar və yükdaşıma texnikası tətbiq olunmaqla aparılır. Fermerlərin proqnozlarına görə, bu il sahələrdə məhsuldarlığın 32–34 sentner arasında olması gözlənilir.
Keçidlər