Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı minaya düşərək yaralanan ANAMA əməkdaşının ailəsini ziyarət edib

09 may 2025 | 17:50
   Mayın 9-da İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev millət vəkili Səyyad Salahlı, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və SHXÇDX-nin İmişli rayon şöbəsinin rəisi, polkovnik-leytenant Elsevər Nağıyev ilə birgə Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşərək, sağ ayağının topuq nahiyəsinin amputasiyası ilə nəticələnən İmişli rayonunun Sarıxanlı kəndindən olan, ANAMA əməkdaşı Xankişiyev Heydər Əli oğlunu yaşadığı ünvanda ziyarət edib. Ziyarət zamanı icra başçısı yaralanmış ANAMA əməkdaşının səhhəti barədə ətraflı məlumat alıb, tezliklə sağalmasını arzulayıb və İmişli Rayon İcra Hakimiyyətinin kollektivi adından ona şəfa diləyib. O, həmçinin ailə üzvləri ilə də söhbət edərək mövcud qayğı və ehtiyaclarla yaxından maraqlanıb. Heydər Xankişiyevin ailə üzvləri isə göstərilən diqqət və qayğıya görə razılıqlarını ifadə ediblər.
   Qeyd edək ki, Heydər Xankişiyev Birinci Qarabağ müharibəsi şəhidi Əliheydər Xankişiyevin oğludur.
Keçidlər