Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı l Qarabağ müharibəsi veteranı Vəli Təhməzovun yas mərasimində iştirak edib

21 iyul 2023 | 17:26

   Bu gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev icra aparatının məsul şəxsləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə I Qarabağ müharibəsi veteranı, İmişli rayonunun Kürdmahmudlu kəndindən olan Təhməzov Vəli Mahmud oğlunun yas mərasimində iştirak edib. Mərasim zamanı icra başçısı qəhrəman döyüşçümüzün vəfatından kədərləndiyini bildirərək İmişli Rayon İcra Hakimiyyətinin kollektivi adından dərin hüznlə baş sağlığı verib. Eyni zamanda RİH-nin başçısı veteranımızın ailəsinin qayğı və ehtiyacları ilə yaxından maraqlanıb. Veteranımızın ailə üzvləri xüsusi qayğıya görə rayon rəhbərinə və gələn digər qonaqlara minnətdarlığını ifadə edib.

Keçidlər