İcra başçısı Hacc ziyarətindən qayıdan şəhid anasını evində ziyarət edib
İyunun 22-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev müqəddəs Hacc ziyarətindən qayıdan Vətən Müharibəsi şəhidi Elçin İsmayılovun anası Balaxanım Qulamalıyevanı yaşadığı ünvanda ziyarət edib. Ziyarət zamanı ailənin evində qurban kəsilib, dualar oxunub. İcra başçısı şəhid anasına səmimi təbriklərini və xoş arzularını çatdıraraq Hacc ziyarətinin qəbul olunmasını, dualarının Allah dərgahında eşidilməsini diləyib. O, eyni zamanda ailənin qayğıları ilə maraqlanıb, göstərilən dövlət dəstəyi və sosial proqramlar barədə geniş məlumat verib. Görüş zamanı şəhid Elçin İsmayılovun qısa, lakin şərəfli ömür yolu və qəhrəmanlığı barədə söhbət açılıb, onun fədakarlığı böyük ehtiramla xatırlanıb. Dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi daimi diqqət və qayğının bundan sonra da davam etdiriləcəyi vurğulanıb. Ailə üzvləri göstərilən diqqət və hörmətə görə minnətdarlıqlarını bildiriblər.