İcra başçısı Əfqanıstan müharibəsində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş İbrahimov Eldar Cəbrayıl oğlunun anasının yas mərasimində iştirak edib
12 iyun 2026 | 21:52
Bu gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, İmişli Rayon Prokuroru Valeh Səmədov və rayon ictimaiyyətinin nümayəndələri Əfqanıstanda beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş İbrahimov Eldar Cəbrayıl oğlunun anası İbrahimova Zərxanım Sadıq qızının yas mərasimində iştirak ediblər.
Mərasim zamanı rayon rəhbəri mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verərək onlara səbir diləyib. Eyni zamanda, ailənin qayğı və ehtiyacları ilə maraqlanıb.
Mərhumun ailə üzvləri isə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Allah rəhmət eləsin!






