İcra başçısı Çernobıl əlili Saxavət Eynalovun yas mərasimində iştirak edib
20 aprel 2025 | 14:00
Aprelin 20-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Çernobıl əlili, İmişli rayonunun Cavadxanlı kəndindən olan Eynalov Saxavət Abbas oğlunun yas mərasimində iştirak edib. Mərasimdə icra başçısı ilə yanaşı RİH-nin məsul işçiləri də iştirak ediblər. Mərasim zamanı icra başçısı yas sahiblərinin qayğıları ilə maraqlanıb, onlara İmişli Rayon İcra Hakimiyyətinin kollektivi və mərasim iştirakçıları adından dərin hüznlə başsağlığı verib, dövlətin hər zaman şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının yanında olduğunu vurğulayıb. Mərhumun ailə üzvləri göstərilən diqqət və qayğıya görə razılıqlarını bildiriblər.
Allah rəhmət eləsin!