İcra başçısı Böyük Vətən müharibəsi veteranı Nəbi Nuriyevin yas mərasimində iştirak edib
24 avqust 2024 | 13:14
Avqustun 24-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev 102 yaşında vəfat etmiş Böyük Vətən müharibəsi veteranı Nuriyev Nəbi Balı oğlunun rayonun Qaralar kəndində təşkil olunan yas mərasimində iştirak edib. Mərasimdə icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər. Mərasim zamanı rayon rəhbəri yas sahiblərinə İmişli RİH-nin kollektivi və mərasim iştirakçıları adından dərin hüznlə başsağlığı verib, mərhumun ailəsinin qayğı və ehtiyacları ilə yaxından maraqlanıb. Bildirib ki, şəhid ailələrinə, qazilərimizə, müharibə veteranlarına və onların ailələrinə göstərilən qayğı bundan sonra da davam etdiriləcəkdir. Mərhumun ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.
Allah rəhmət eləsin!