Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Bəhrəmtəpə qəsəbəsində şəhid atasının yas mərasimində iştirak edib

23 may 2025 | 13:20

   İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev mayın 23-də rayonun Bəhrəmtəpə qəsəbəsindən olan şəhid Ziyad Şükürovun atası Şükürov Vaqif Yadulla oğlunun yas mərasimində iştirak edib. Mərasimdə icra başçısı ilə yanaşı YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və SHXÇDX-nin İmişli rayon şöbəsinin rəisi, polkovnik-leytenant Elsevər Nağıyev də iştirak edib. Mərasim zamanı icra başçısı yas sahiblərinə şəhid atasının vəfatından kədərləndiyini bildirərək Rayon İcra Hakimiyyətinin kollektivi və mərasim iştirakçıları adından dərin hüznlə başsağlığı verib, şəhid ailəsinin qayğı və ehtiyacları ilə yaxından maraqlanıb. Dövlətin diqqət və qayğısını hər zaman yaxından hiss etdiyini vurğulayan şəhidimizin ailə üzvləri öz minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər