İcra başçısı 30.09.2026-cı il tarixdə Vətən müharibəsi əlili ilə evində görüşüb
30 sentyabr 2026 | 17:15
Bu gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Vətən müharibəsi əlili, rayonun Bəcirəvan kənd sakini Əmənov Amid Şamil oğlunu evində ziyarət edib.
Görüş zamanı müharibə iştirakçısının sosial vəziyyəti və qayğıları ilə maraqlanılıb, qarşılaşdığı məsələlər dinlənilib.
İcra başçısı Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçmiş şəhidlərin və sağlamlığını itirmiş hərbçilərin göstərdikləri qəhrəmanlığın hər zaman yüksək ehtiramla yad edildiyini bildirib. O, Vətən qarşısında öz borcunu şərəflə yerinə yetirən qəhrəmanlarımızla hər bir azərbaycanlının qürur duyduğunu qeyd edib. Həmçinin dövlət tərəfindən şəhid ailələrinə, müharibə iştirakçılarına və yaralanmış hərbçilərə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.
Amid Əmənov göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.






